QR CodeQR Code

İsrail lobbisi İran-ABŞ danışıqlarını pozmaq istəyir

İslamtimes , 1 Nov 2013 17:21

Islamtimes - Amerikalı professor Ceyms Petras deyib ki, Vaşinqtonu İrana qarşı hərbi müdaxilə etməyə razı sala bilməyən İsrail lobbisi indi də Tehran və dünya dövlətləri arasında gedən nüvə danışıqlarını pozmağa çalışır.


Nyu Yorkda Binqamton Universitetinin Sosiologiya kafedrasının professoru olan Ceyms Petras Press TV-yə müsahibəsində deyib: “ABŞ-ı İran ilə müharibəyə vadar edə bilməmək problemi ilə üzləşən İsrail lobbisi çalışır ki, İrana qarşı iqtisadi təziqin artırılmasına nail olsun.”

O bu sözləri deməklə ABŞ senatının İsrail baş naziri Benyamin Netanyahunun Tehrana qarşı daha çox təziq göstərmək haqqında olan tələbini əsas götürərək Ağ Evdən İrana qarşı təziqləri artırma tələbinə işarə edirdi.

Petra deyib: “İsrail hökumətinin ABŞ-dakı tərəfdarları ilə, xüsusən də seçki kompaniyalarında namizədlərə xeyli yardım edən və keçən 30 il ərzində ABŞ konqresində yer alan siyasətçilərə və 50-dən çox senatorlara 100 milyon dollardan çox yardım ayıran əsas Sionist təşkilatları ilə sıx əlaqələrə malikdir.”

O əlavə edərək deyib: “Demək olar ki, onlar ABŞ Konqresini satın alıblar.”
Professor deyib ki, İrana qarşı yeni sanksiyalar Tehran ilə dünyanın altı dövləti arasında gedən danışıqları korlayacaq.

Petras deyib: “Obama başa düşür ki, bu sanksiyaları qəbul etmək və həyata keçirmək sülh prosesi danışıqlarını pozacaq. Ancaq həqiqət budur ki, halhazırda ABŞ-da Sionistlərdən daha çox pula və gücə sahib olan digər bir lobbi yoxdur.”

O sonda deyib: “Keçən bir neçə il ərzində ABŞ-da mövcud olan sionist təşkilatları İran hökumətinə qarşı təxribat yaratmaq və iqtisadiyyatını zəiflətmək üçün aktiv şəkildə fəaliyyət göstərirlər.”


Story Code: 316895

News Link :
https://www.islamtimes.org/az/news/316895/israil-lobbisi-iran-abş-danışıqlarını-pozmaq-istəyir

Islam Times
  https://www.islamtimes.org