0
Friday 1 November 2013 - 17:33

ABŞ Şama, Türkiyə “Əsəd”-ə geri qayıdır

Story Code : 316897
ABŞ Şama, Türkiyə “Əsəd”-ə geri qayıdır
ABŞ Şama, Türkiyə “Əsəd”-ə geri qayıdır
Suriyalı nazir Əli Heydər Şamda BMT-Ərəb Liqasının xüsusi nümayəndəsi Laxdar Brahimi ilə keçirdiyi görüşdən sonra etdiyi açıqlamada ABŞ-ın Dəməşq ilə ciddi mənada əlaqələr qurmağa çalışdığını dedi.

Bu məsələ haqqında danışmağın hələ çox tez olduğunu deyən Heydər daha sonra ABŞ-ın müxaliflərə siyasi sahədə və mediada verdiyi dəstəyi davam etdirdiyi zaman qədər bu məsələnin heç vaxt reallaşa bilməyəcəyini deyib.

Heydər mətbuat konfransı keçirdiyi gün Suriya prezidenti Bəşər Əsəd baş nazirin köməkçisi Kadri Cəmili xaricdə icazə olmadan görüşlər təşkil etdiyi üçün vəzifədən uzaqlaşdırıb. Əsasən də Cəmilin ABŞ-ın Suriyadakı vəzifəli şəxsi Robert Ford ilə Cenevrə görüşmələri haqqında təşkil etdiyi görüşlərinin buna səbəb olduğunu deyirlər.

Bu arada keçdiyimiz iki il ərzində Türkiyə hökumətində olan mənbələr və hökumətə yaxın olan media kanallarının Suriya rejimini və rəhbərlərini təhqir məqsədi ilə işlətdikləri “Əsəd rejimi” kəlməsini yenidən “Əsəd hökuməti” sözünə çevirməyə başlayıblar.
Source : İslamtimes
Comment