0
Saturday 2 November 2013 - 18:33

ABŞ-ın nüfuzlu nəşri hakimiyyəti ifşa etdi

Story Code : 316915
ABŞ-ın nüfuzlu nəşri hakimiyyəti ifşa etdi
Tanınmış “Foreign Polisy” nəşri Azərbaycandakı seçki saxtakarlığına məqalə həsr edib. “Ölü canlıların səsverməsi” adlı başlıqlı məqalədə Azərbaycanda seçki günü baş verən qanun pozuntularına toxunulub. Materialın alt başlığında isə ölkəmizdə keçirilən seçkilərə verilən saxta beynəlxalq rəylərə münasibət bildirilib. Yazı “seçkiləri müşahidə edən missiyaların rəylərinin heç də hamısı eyni deyil.
Onlardan bəzisi demokratiyaya qarşıdır” cümlələri ilə başlayır. Məqaləni diqqətinizə çatdırırıq: “Son bir neçə il ərzində avtoritar rejimlər seçkiyə yanaşmada və seçki anlayışının qəbulunda bir sıra ”irəliləyişlər" əldə ediblər. Artıq bu gün ağılı və reallıqları anlayan diktatorlar seçkiyə yeni yanaşma tətbiq edirlər. Bu yanaşma seçkilərin “zombi monitorinqinin” təşkilindən ibarətdir. Seçilən bu strategiya saxta monitorinq qruplarının vasitəsilə seçkilərin yüksək səviyyədə keçirildiyinin elan olunmasına hesablanıb.
Bununla da seçkilərdəki pozuntularla bağlı beynəlxalq rəydən gələn sərt tənqidlər neytrallaşdırılmağa çalışılır. Məhz belə bir oyun oktyabrın 9-da Azərbaycanda keçirilən seçkilərdə həyata keçirildi. Fəaliyyətdə olan dövlət başçısı Ilham Əliyev 85 faiz səslə yenidən prezident elan edildi. Onun ən yaxın rəqibi Cəmil Həsənliyə isə 5.5 faiz səs yazıldı. Bu normalar repressiv qaydalarla idarə olunan bir ölkədə artıq çoxdan standarta çevrilib. Hakimiyyət həm seçkiöncəsi, həm də seçki günü bütün mümkün rəqabət imkanlarını məhdudlaşdırmışdı. ATƏT DTIHB-nin hesabatında vurğulanırdı ki, seçkilər “sərbəst toplaşmaq söz və ifadə azadlığının məhdudlaşdırılması” fonunda keçirildi. ATƏT hesabatında  birmənalı şəkildə vurğulayıb ki, seçki günü seçki prosesinin bütün mərhələlərində ciddi pozuntular müşahidə olunub.   Qeyd edək ki, ATƏT-in seçkilərlə bağlı rəyi bütün dünyada qızıl standart kimi qəbul edilir.
Bu ATƏT-in Azərbaycandakı sayca səkkizinci monitorinqi idi və tərkbində 16 ölkədən 30 uzunmüddətli, seçki günü üçün 280 qısamüddətli müşahidəçini birləşdirmişdi. Amma budəfə ATƏT xeyli sayda “rəqiblərin” əhatəsində seçkini izləyirdi. Seçki məntəqələrinin bağlanmasından dərhal sonra az tanınan xeyli sayda müşahidə missiyaları paytaxt Bakıda bir-birinin ardınca peydə olmağa və Ilham Əlyievin qələbəsini rəsmən elan etməyə başladılar. Rusiyadan və MDB-dən gələn müşahidə missiyaları birmənalı şəkildə seçkilərin nəticələrini tanıdı. Oxşar mövqeylər Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatından, Latın Amerikası və Karib dənizi ölkələrinin müşahidə missiyalarından da səsləndi. Pakistan Parlamentindən olan müşahidə missiyasının rəhbəri Mücahid Hüseyn Səid mətbuata açıqlamasında hətta bəyan etdi ki, seçkilərdə ciddi nəzərə çarpacaq pozuntular müşahidə olunmadı. Pakistanlı müşahidəçi onu da əlavə edib ki, Azərbaycan regionda inkişaf adasıdır. Ən təəccüblüsü isə odur ki, hakimiyyətyönlü APA informasiya agentliyi seçkinin nəticələrinə “keçmiş jurnalist və konqressmenlərdən” ibarət mərkəzi qərargahı Oklaxomada yerləşən Amerikanın Müstəqil Siyasi Monitorinq Mərkəzinin rəyinə əsasən qiymət verib. APA-nın məlumatına görə, amerikanlıları seçkiləri “şəfaf və azad” adlandırıb. Oxşar monitorinq nəticələri son zamanlar siyasi səhnədə ciddi seçki pozuntuları baş verən avtoritarizm qalaları olan Belarus, Qazaxıstan və Rusiyada müşahidə olunub.
Comment