0
Saturday 2 November 2013 - 19:16

Əsədə qarşı Türkiyə-İsrail əməkdaşlığı?

Story Code : 316930
Əsədə qarşı Türkiyə-İsrail əməkdaşlığı?
Əsədə qarşı Türkiyə-İsrail əməkdaşlığı?
Bu şok iddianın mənbəyi Livanda nəşr edilən MTV televiziyasıdır. MTV bu iddiasını İsrailli rəsmilərinə əsasən vermişdir.

İSRAİL və TÜRKİYƏ ORTAQ BİR SİYAHI TƏRTİB ETDİ
Saytda həmçinin, İsrailli rəsmilərinin bu mövzuda şərh etməkdən qaçdığı məlumatı da verilmişdir. Eyni sayt adını vermədiyi iordaniyalı bir rəsminin söykədiyi məlumatda isə İsrail və Türkiyənin Əsəd rejiminə aid vurulacaq hərbi və strateji bazaların siyahısını ortaq bir şəkildə hazırladığı bildirib. Yəni Türkiyənin təmin etdiyi strateji obyektlər haqqında kəşfiyyat məlumatlarıyla İsrail Əsədin əhəmiyyətli bazalarını tək-tək vuracaq. Önümüzdəki aylarda İsrail qüvvələrinin Suriyaya qarşı edəcəyi bir çox hücumda Türk kəşfiyyatının rolu olacağı da saytda yer alan məlumatlar arasındadır.

İddialara DƏLİL YOXDUR

Saytın bu məlumatları möhkəm qaynaqlarla əsaslandırmadı. Analitiklər bir qədər əvvəl, keçdiyimiz günlərdə İsraillə ortaq çalışan İran əsilli 10 Mossad agentini İrana bildirməklə günahlandırılan Türk kəşfiyyatının indi də İsraillə belə bir kəşfiyyat əməkdaşlığı etməsini çox da inandırıcı olmadığı fikirindədirlər.

ABŞlı rəsmi: İSRAİL ETDİ
Digər tərəfdən dünən axşam saatlarında CNN-ə danışan və adı gizli tutulan bir ABŞ rəsmisi Lazkiyə şəhərinə hücum hadisəsinin bir İsrail hücumu olduğunu və yəqin ki, Hizbullaha göndəriləcək raketlər hədəf alındığını söyləmişdi. İsrail bu mövzuda da səssizliyini qorudu.
Source : İslamtimes
Comment