QR CodeQR Code

Ərəbistanda həbsxanada iğtişaşlarla müşayiət olunan güclü yanğın baş verib

3 Nov 2013 09:47

IslamTimes - Səudiyyə Ərəbistanında həbsxanaların birində iğtişaş və atəşlə müşayiət olunan güclü yanğın baş verib.


APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, sosial şəbəkələrdə yayılan fotoşəkillərdə Burayda şəhərindəki həbsxanada güclü tüstülənmə əks olunub. 
 
Polisin xüsusi əməliyyata başladığı bildirilir, lakin hakimiyyət qurumları insidentlə bağlı heç bir açıqlama verməyib.   
 
Yerli KİV-lərin məlumatına görə, yanğın üç kameranı əhatə edib.  
 
Qeyd edək ki, istintaq və məhkəmə prosesi olmadan terrorçuluq ittihamı ilə həbs edilən məhbusların yaxınları il ərzində Burayda şəhərində bir neçə dəfə etiraz aksiyası keçirib.  
 
Paytaxt Ər Riyaddan 300 km aralı yerləşən Burayda şəhəri ölkənin dini və sosial mühafizəkarlıq mərkəzlərindən biri hesab olunur.


Story Code: 317052

News Link :
https://www.islamtimes.org/az/news/317052/ərəbistanda-həbsxanada-iğtişaşlarla-müşayiət-olunan-güclü-yanğın-baş-verib

Islam Times
  https://www.islamtimes.org