QR CodeQR Code

İsrail daha İran məsələsində ABŞ-a arxalanmayacaq

Islamtimes , 3 Nov 2013 01:16

Islamtimes - İsrail yönümlü Anti-Böhtan Liqasının direktoru Abraham Foxman deyib ki, Vaşinqton Tehran ilə üzləşməkdən boyun qaçırdığı üçün Tel Əviv rejimi daha İran məsələsində ABŞ-a güvənməyəcək.


Amerika administrasiyasının tənqidçilərindən olan Foxman deyib ki, artıq dünya etibar edilməyə və güvənməyə layiq olmayan zəif və qorxaq Amerikanı formalaşdığını görür.

Cümə axşamı günü Nyu Yorkda Anti-Böhran Liqasının konfransında çıxış edən Foxman deyib ki, ABŞ həm İsrailin təhlükəsizliyini, həm də Amerikadakı Yəhudi cəmiyyətinin taleyini təhlükə altına qoya biləcək dərin və təhlükəli bir dəyişiklik yaşayır və bu məsələ onun yuxusunu qaçırıb.

1 Oktyabr tarixində BMT Baş Assambleyasında çıxış edən İsrail baş naziri Benyamin Netanyahu İranın dinc nüvə fəaliyyətini dayandırması üçün Tehranı bir daha hərbi müdaxilə ilə təhdid edib.

İsrailin İrana qarşı təhdid və ittihamları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın bir sıra nüvə obyeklərində apardığı araşdırmalar nəticəsində nüvə fəaliyyətinin hərbi məqsəd daşıdığına heç bir sübut tapmadığı bir vaxtda meydana çıxmağa başladı.

Yaxın Şərqdə 200-400 nüvə başlığına sahib olan İsrail dəfələrlə İranı nüvə enerji proqramı səbəbindən hərbi hücum etməkdə təhdid edib.

İran isə öz növbəsində bütün bu ittihamları rədd edərək bir sıra beynəlxalq təşkilatların üzvü olaraq nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu deyib.

İran dəfələrlə İsraili hücum edəcəyi təqdirdə ölümcül zərbə ilə xəbərdar edib.


Story Code: 317334

News Link :
https://www.islamtimes.org/az/news/317334/israil-daha-iran-məsələsində-abş-a-arxalanmayacaq

Islam Times
  https://www.islamtimes.org