QR CodeQR Code

Suriyada mövcud olan münaqişənin Avropa və ABŞ-a keçmək təhlükəsi var

Islamtimes , 4 Nov 2013 00:46

İslamtimes - İran xarici işlər naziri Muhəmməd Cavad Zərif xəbərdarlıq edərək bildirib ki, Suriyada mövcud olan məzhəbi çaxnaşma Avropa və ABŞ-a yayıla bilər.


Cümə günü İstanbulda Türkiyəli həmkarı Əhməd Davudoğlu ilə birlikdə mətbuat konfransı təşkil edən Zərif qeyd edərək bildirib ki, Suriyada mövcud olan məzhəbi münaqişə ölkədə mövcud olan kimyəvi silah arsenalından daha təhlükəlidir.

O xəbərdarlıq edərək bildirib ki, Yaxın Şərqdə məzhəbi zorakılığın genişlənməsi tez bir zamanda London, Nyu York, Madird və Romaya da yayıla bilər.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb və onların regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Suriya daxilində fəaliyyət göstərən üsyançıları dəstəkləyirlər.

Tehranın nüvə enerji proqramına toxunan Zərif deyib ki, İslam Respublikası dünyanın əsas altı dövləti ilə təşkil edilən nüvə danışıqlarında İrana qarşı sanksiyaların tətbiq edilməsində istifadə edilən bütün bəhanələri aradan qaldırmaq istəyir.

O deyib: “Dialoq vasitəsi ilə biz bütün bəhanələri aradan qaldırmaq istəyirik.”
İran xarici işlər naziri həmçinin deyib ki, Tehranın bu danışıqlardan əsas məqsədi bəhanələri aradan qaldırmaq üçün əlverişli yol tapmaqdır. O həmçinin deyib ki, anti-İran sanksiyaları yalnız İran xalqının əzm və iradəsini gücləndirir.

Zərif deyib: “Sanksiyalar aid olan hər iki tərəf ictimaiyyətdən İrana qarşı təziqlər üçün dəstək almaqdansa həll yolu haqqında fikirləşsələr daha yaxşı olar.”

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edərək Tehranı hərbi müdaxilə ilə təhdid ediblər. Həmçinin bu bəhanələrdən istifadə edərək İrana qarşı bir sıra qeyri qanuni sanksiyalar tətbiq ediblər.


Story Code: 317645

News Link :
https://www.islamtimes.org/az/news/317645/suriyada-mövcud-olan-münaqişənin-avropa-və-abş-a-keçmək-təhlükəsi-var

Islam Times
  https://www.islamtimes.org