0
Monday 4 November 2013 - 01:08

Türkiyə Səudiyyənin kəşfiyyat nümayəndəsini ölkədən çıxarır

Story Code : 317647
Türkiyə Səudiyyənin kəşfiyyat nümayəndəsini ölkədən çıxarır
Türkiyə Səudiyyənin kəşfiyyat nümayəndəsini ölkədən çıxarır
Türkiyə hakimiyyətində mövcud olan mənbənin Əl Əxbər xəbər agentliyinə verdiyi məlumatda deyilir ki, Ankara Suriya və Misirdə mövcud olan münaqişələr səbəbindən yaşanan bir sıra diplomatik qalmaqaldan sonra Səudiyyə Ərəbistanın Türkiyədə mövcud olan kəşfiyyat xidmətinin ofisini bağlamağı planlaşdırır.

Səudiyyə kəşfiyyatın Türkiyədə ofis qurmasının əsas məqsədi Suriyada Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançılara təlim keçmək və onlara dəstək verməkdən ibarətdir.

Mənbənin verdiyi məlumata əsasən Türkiyə rəsmiləri artıq Səudiyyə Ərəbistanın Suriyadakı mövqeyinin Türkiyənin mövqeyi ilə üst-üstə düşmədiyini dərk ediblər və bundan sonra Ankara çalışır ki, Tehran və Dəməşq ilə gərginliyi yumuşaltsın.

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında olan tarixi müttəfiqlik Səudiyyə tərəfindən dəstəklənən Misir ordusu Misirdə İslamçı prezident Muhəmməd Mursini devirdikdən sonra soyumağa başladı.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan dəfələrlə Misir çevrilişini və Mursi tərəfdarlarına qarşı hərbi müdaxiləni tənqid etmişdir.

Ancaq vəziyyətin kritik hal alması Riyadın Türkiyənin Suriya müxalifətini təmsil edən Suriya Milli Koalisiyası və Suriya İnqilabı Milli Koalisiya qüvvələri üzərində təsir qüvvəsini azaltmağa çalışdığı bir vaxtda baş verdi.

Səudiyyə Ərəbistanın xarici işlər naziri Səud əl Feysəl Türkiyəli həmkarı Əhməd Davudoğluna deyib ki, Türkiyə bundan sonra hətta rejim devrilsə belə Suriya münaqişəsində heç bir rol oynamayacaq və Ankara həmçinin Misirin siyasi işlərinə qarışmamalıdır.

Mənbənin verdiyi məlumata əsaəsn Türkiyə rəsmiləri inanır ki, Səudiyyə Ərəbistanı İordaniya və Birləşmiş Ərəb Krallığı ilə bir yerdə iki müxtəlif regional blokların maraqlarına qarşı iş görürülər: Hizbullah, Suriya, İran və İraq cəbhəsi və Türkiyə, Qətər, Həmas və Müsəlman Qardaşlar cəbhəsi.

Türkiyədəki mənbə həmçinin əlavə edərək deyib ki, Səudiyyə Ərəbistanı Beyrutda oğurlanan iki türkiyəli pilotun müqabilində Suriyanın şimalında saxlanılan doqquz livanlı zəvvarın azad edilməsi prosesinin də baş tutmaması üçün bir sıra cəhdlər etmişdir.
Source : Islamtimes
Comment