QR CodeQR Code

Gəncədə şərab bayramı !

Islamtimes , 4 Nov 2013 01:17

İslamtimes - Dünya şəraba qarşı mübarizə apardığı dövrdə Gəncədə “Şərab Bayramı” keçirilib .


Ötən gün Gəncə şəhər icra başçısı Elmar Vəliyev yenə də öz qeyri insanı hərəkətləri ilə gündəmə gəlib. Beləki o Gəncə şəhərində şərab bayramı təşkil edib.

Bayramda Avropa və bir sıra digər dövlətlərdən qonaqlar da iştirak edib.
İslam dininə qarşı öz kəskin mövqeyi ilə tanınan Gəncə şəhər icra başçısı Məhərrəm ayının yaxınlaşdığı bir vaxtda bu cür bayram təşkil etməklə bir daha dinə qarşı olan düşmənçilyini biruzə vermiş olur.

Qeyd edək ki, bugün bütün Avropa, Amerika, Şərq, Qərb hər kəs şərabın qarşısını almaq üçün tədbirlər hazırladığı, xüsusi qanunlar tətbiq etdiyi bir dövrdə Gəncədə şərab təbliğ edilir və hətta “şərab bayramı” da qeyd edilir.

Məhərrəm ayında Hüseynçilər cuşa gəldiyi kimi deyəsən yezidlər də cuşa gəlməyə başalyıb.
Allah hər dövrün yezid və tərəfdarlarına lənət etsin. Amin.


Story Code: 317649

News Link :
https://www.islamtimes.org/az/news/317649/gəncədə-şərab-bayramı

Islam Times
  https://www.islamtimes.org