QR CodeQR Code

Kerri: Səudiyyə Ərəbistanı ABŞ üçün mühüm müttəfiqlərdəndir

Islamtimes , 6 Nov 2013 00:07

Islamtimes - ABŞ-ın Yaxın Şərq siyasəti səbəbindən Səudiyyə Ərəbistanı ilə Amerika arasında yaranmış gərginliyi yumuşaltmaq üçün Səudiyyə Ərəbistanına səfər edən ABŞ dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanı tərif edərək ABŞ-ın ən yaxın müttəfiqlərindən olduğunu bildirib.


O bazar ertəsi günü Riyadda ABŞ səfirliyində çıxışı zamanı deyib: “Səudiyyə Ərəbistanı bizim üçün çox-çox mühüm müttəfiqdir.”

Röyters dövlət katibinə istinad edərək deyib: “Biz Səudiyyə-ABŞ münasibətlərinin normal olduğuna əmin olmaq üçün bir sıra müzakirə ediləsi mühüm mövzular var.”

O daha sonra jurnalistlərə açıqlamasının birində deyib ki, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə əlaqələri strateji və möhkəmdir və Səudiyyə Ərəbistanı ilə aramızda Suriyadakı hədəflərimiz haqqında heç bir fikir ayrılığı mövcud deyil.

Yaxın Şərqdə Misir çevrilişindən tutmuş Suriya münaqişəsinə kimi hadisələr Vaşinqton ilə Səudiyyə münasibətlərində bir gərginlik yaratdı.

İki müttəfqi arasında olan əsas fikir ayrılığı Suriya münaqişəsinin həll edilməsi yolu haqqındadır. Səudiyyə Ərəbistanı ABŞ-ın zəif xarici siyasəti səbəbindən xeyli qəzəbli haldadır.

Keçən həftə Riyad BMT-nin Suriya münaqişəsini həll etməkdə uğrusuzluğunu və ABŞ-ın Dəməşqə qarşı elan etdiyi hərbi müdaxiləni təxirə salmasını ikili standart adlandıraraq BMT Təhlükəsizlik Şurasına üzv olmaqdan imtina edib.

Səudiyyə Ərəbistanın kəşfiyyat naziri şahzadə Bəndər bin Sultan o vaxtı demişdir: “Bu BMT-yə deyil, ABŞ-a bir mesaj idi.”

Kəşfiyyat xidmətinin rəhbəri deyib ki, Fars Körfəzi ölkələri həmçinin Vaşinqton ilə münasibətlərində yenidən götür-qoy edəcəklər.


Story Code: 317993

News Link :
https://www.islamtimes.org/az/news/317993/kerri-səudiyyə-ərəbistanı-abş-üçün-mühüm-müttəfiqlərdəndir

Islam Times
  https://www.islamtimes.org