0
Tuesday 5 November 2013 - 00:41

Ayətullah Xameneinin açıqlamaları göstərir ki, İran dinc nüvə proqramından əl çəkməyəcək

Story Code : 318002
Ayətullah Xameneinin açıqlamaları göstərir ki, İran dinc nüvə proqramından əl çəkməyəcək
Ayətullah Xameneinin açıqlamaları göstərir ki, İran dinc nüvə proqramından əl çəkməyəcək
General Leytenant Abdul Qayyum deyib ki, Qərb İranın dnic nüvə enerji fəaliyyətini qəbul etməli və İslam Respublikasına qarşı qeyri ədalətli təziqlərə son qoymalıdır.

İslam Rəhbəri bu açıqlamanı bazar günü minlərlə universitet tələbəsi və məktəb şagirdləri qarşısında 13 Aban Qlobal Hegamoniya ilə mübarizə gününün il dönümü münasibəti ilə təşkil edilmiş tədbir zamanı edib.

Əbdul Qayyum fikrilərini ifadə edərək deyib ki, İran sülh sevər ölkədir və bütün dünyanı əmin edərək bildirib ki, o nüvə silahı istehsalı ardınca deyil.

Ayətullah Xamanei deyib: “Yaxşı olardı ki, bu danışıqlar bir nəticə versin, əks halda biz problemi həll etmək üçün özümüz götür-qoy edəcəyik.”

Əbdul Qəyyum əlavə edərək deyib ki, İran Qərblə danışıqlar aparır, çünki onlar Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq etmək istəyirlər.

Analitik bu fikirdədir ki, İslam Respublikasına qarşı tətbiq edilmiş sanksiyalar aradan qaldırılmalı və qərb dövlətləri İran ilə danışıqlara başlamalıdır.

Analitik həmçinin deyib ki, Qərb İranın dinc nüvə enerji proqramını qəbul etməlidir.

Abdul Qəyyum deyib ki, həmçinin bu münasibət bütün dünyada gedən nüvə fəaliyyətinə aid olmalıdır.

O deyib: “Bir tərəfdən sən Sionist rejiminə nüvə proqramı əsasında qurulmuş ordunu inkişaf etdirməyə şərait yaradırsan, digər tərəfdən isə İranı dinc nüvə enerji proqramını inkişaf etdirməyin qarşısını alırsan və bu ədalətsizdir.”

O deyib ki, ABŞ və digər nüvə dövlətləri digər ölkələrin nüvə proqramına əl uzatmazdan əvvəl ilk növbədə öz nüvə silahlarını məhv etməlidirlər.

O sözünə davam edərək deyib ki. İslam Rəhbəri tam doğru deyib ki, ABŞ adminsitrasiyası özünü bütün xalqların daxili işlərinə qarışa bilən hegamon dövlət hesab edir.

O həmçinin deyib ki, hegamon dövlətlər İranda mövcud olan İslami demokratiyanın əleyhinədirlər, çünki İran hökuməti Amerikanın diktəsi ilə oturub-durmur.

Əbdul Qəyyum Pakistanın istefada olan üç ulduzlu generalıdır. O tez-tez televiziyaya çıxaraq ABŞ xaricini siyasətini tənqid atəşinə tutur.
Source : Islamtimes
Comment