QR CodeQR Code

Moskva-Naxçıvan-Moskva aviareysi

22 Jul 2010 06:35

İslamTimes- İyulun 27-dən etibarən Moskvanın "Atlant-Soyuz" aviaşirkəti Moskva-Naxçıvan-Moskva marşrutu üzrə yeni müntəzəm aviareys açır.


Bu barədə çərşənbə günü aviaşirkətdən verilən məlumatda deyilir.
Məlumata görə, Moskvadan uçuş yerli vaxtla 12:00-da həyata keçiriləcək, təyyarənin Naxçıvana enmə vaxtı 15:45-dir. Naxçıvandan uçuş 16:45-də, Moskvaya çatma vaxtı (Moskva vaxtı ilə) 18:30-da baş tutacaq. Moskva-Naxçıvan marşrutu üzrə biletin minimum qiyməti 160 avro təşkil edir.
Bu "Atlant-Soyuz" aviaşirkətinin Azərbaycanda artıq ikinci istiqamətidir. Bundan əvvəl 2009-cu ilin avqust ayında Moskvadan Gəncəyə uçuşlar başlanıb.


Story Code: 31803

News Link :
https://www.islamtimes.org/az/news/31803/moskva-naxçıvan-aviareysi

Islam Times
  https://www.islamtimes.org