QR CodeQR Code

Dağlıq Qarabağda vəziyyət gərginləşə bilər

22 Jul 2010 06:38

İslamTimes - Cənubi Qafqaz məsələləri üzrə amerikalı ekspert, ABŞ-ın Şimalı Dakota Universitetinin siyasi elmlər professoru Tomas Ambrosionun APA-nın Vaşinqton müxbirinə müsahibəsi


- Cənubi Qafqaz regionu etnik münaqişələrlə zəngindir, xüsusilə Dağlıq Qarabağ münaqişəsini vurğulamaq lazımdır. Gürcüstan müharibəsindən iki il ötüb, Qafqaz regionunun təhlükəsizliyi necə qiymətləndirirsiniz?
- Qafqazda təhlükəsizlik durumu faktiki olaraq sabitdir. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi göstərdi ki, Rusiya regionda nüfuz dairəsini qoruyub saxlamaqda maraqlıdır. Əslində Birləşmiş Ştatlar bununla razılaşır. Obama administrasiyasının fəaliyyətə başladıqdan sonra ABŞ-da bu tendensiya daha da güclənib. Obama administrasiyası Amerikanı Klinton dövrünün mərkəzçi Rusiya siyasətinə qaytarıb.
Nəticədə daha sabit təhlükəsizlik mühiti yaranıb, çünki Rusiya və Amerikanın siyasətindəki real qeyri-müəyyənliklər artıq yoxdur. Moskva özünə güvənir, ən azı regionda güclüdür və Qafqazdakı dövlətlər üçün narahatlıq yaradır. Əksinə, Vaşinqton xərcləri azaldır, regionda nüfuzunu genişləndirmək niyyəti yoxdur və coğrafi cəhətdən regiondan uzaqdır. Beləliklə, regiondakı dövlətlər əgər daha bir müharibə başlarsa, Amerikanın onlara kömək edəcəyinə əmin deyillər.
Yeni gərginlik risklərinə gəldikdə isə, Dağlıq Qarabağla bağlı vəziyyətin həmişə “dondurulmuş” haldan çıxmaq potensialı var, bu yaxınlarda baş vermiş silahlı insident də belə deməyə əsas verir. Amma mən bunun baş verəcəyini düşünmürəm.


Story Code: 31805

News Link :
https://www.islamtimes.org/az/news/31805/dağlıq-qarabağda-vəziyyət-gərginləşə-bilər

Islam Times
  https://www.islamtimes.org