QR CodeQR Code

Fələstinli rəsmidən İsraillə bağlı önəmli açıqlama

6 Nov 2013 09:50

IslamTimes - Fələstin rəsmisi: Şəhərsalma prosesi davam edənədək sülh danışıqlarından söz açmağa dəyməz


"IslamTimes" xəbər verir ki, Fransa KİV çərşənbə axşamı İsraillə Fələstin rəsmilərinin görüşdüyü ilə bağlı məlumat yayıb. Uyğun görüşdə ABŞ rəsmilərinin də iştirak etdiyi bildirilir. Xatırladaq ki, sülh danışıqları iki ölkə arasında sərt çəkişmələr yaşandığı bir vaxtda keçirilir. Belə ki, işğalçı sionist rejimi hələ də qəsb etdiyi Fələstin torpaqlarında yəhudi şəhərciklərinin təsisini davam etdirir.

Adının açıqlanmasını istəməyən fələstinli rəsmi bildirib ki, ötən gecə ABŞ rəsmisinin də iştirakı ilə baş tutan görüş İsrail tərəfinin məntiqsiz davranışları səbəbindən pozulub.

Rəsmi bildirib ki, iki ölkə arasındakı böhran uzun müddətdən bəri mövcuddur, amma ötən gün İsrail tərəfinin şəhərsalma prosesini davam etdirəcəyinə israr etməsi səbəbindən daha da şiddətlənib.


Story Code: 318050

News Link :
https://www.islamtimes.org/az/news/318050/fələstinli-rəsmidən-israillə-bağlı-önəmli-açıqlama

Islam Times
  https://www.islamtimes.org