0
Wednesday 6 November 2013 - 10:09

"Cenevrə 2" görüşü noyabrda baş tutmaya bilər

Story Code : 318052
"Cenevrə 2" görüşü noyabrda baş tutmaya bilər
"IslamTimes" "Fars" xəbər agentliyinə istinadən bildirir ki, ötən gün ABŞ XİN bir daha Suriya sülh danışıqlarının təxirə salına biləcəyini xəbər verib.

ABŞ XİN sözçüsü Meri Harf "Cenevrə 2" danışıqlarının baş tutması üçün səy göstərildiyinə işarə ilə bildirib ki, bu sülh danışığının noyabr ayında keçirilməsi planlaşdırılırdı. Amma hazırda elə görünür ki, bu danışıqlar noyabr ayında baş tutmayacaq.

Xanım Harf Suriyada gedən döyüşlərə işarə ilə deyib: "Düşünmürəm ki, son həftələrdə tərəflər arasında müvazinət nəzərə çarpacaq  dərəcədə dəyişmiş olsun."

Meri Harf İranın "Cenevrə 2" danışıqlarında iştirakı ilə bağlı bildirib ki, bu danışıqlarda iştirak etməyən hər ölkə "cenvrə 1" danışıqlarında əldə edilmiş razılaşmanı tam şəkildə qəbul etməlidir.
Comment