QR CodeQR Code

Zərif: "Bu həftə Qərblə razılığa gələ bilərik"

6 Nov 2013 10:22

IslamTimes - İran xarici işlər naziri Məhəmməd Cavad Zərif "France24" kanalı ilə müsahibəsi zamanı bildirib ki, bu həftə baş tutacaq İran 5+1 danışıqlarında razılıq əldə oluna bilər.


"IslamTimes" xəbər verir ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif "France24" kanalı ilə müsahibəsi zamanı bildirib ki, bu həftə baş tutacaq İran 5+1 danışıqlarında razılıq əldə oluna bilər. Bununla belə Zərif uyğun məsələ üçün vaxt təyin etməyə ehtiyac olmadığını bildirib.

O deyib: "Düşünürəm ki, qarşıdakı görüşdə razılaşma əldə olunmasa belə hansısa faciə üz verməyəcək. Görüləsi bir çox iş var. Hazırda İranda böyük etimadsızlıq mövcuddur."

Xatırladaq ki, İranla 5+1 arasında növbəti danışıqlar həftə sonu İsveçrədə baş tutacaq. İran iki həftə öncə öz təkliflər paketini 5+1 ölkələrinə təqdim edib və ümumi olaraq bu təkliflər 5+1 tərəfindən müsbət qarşılanıb.


Story Code: 318054

News Link :
https://www.islamtimes.org/az/news/318054/zərif-bu-həftə-qərblə-razılığa-gələ-bilərik

Islam Times
  https://www.islamtimes.org