QR CodeQR Code

Amerikanın vəhşiliyi bütün dünyaya məlumdur

Islamtimes , 6 Nov 2013 00:22

İslamtimes - Livanın Hizbullah müqavimət hərəkatının baş katibi Amerikanın dünya səviyyəsində bir çox müharibələr başlatdığını və bu səbəbdən də Amerika vəhşiliyinin və zorakılığının bütün dünya tərəfindən çox yaxşı bilindiyini deyib.


Livanın Əl Mənar televiziya kanalının verdiyi məlumata görə Livanın Hizbullah hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah dünən axşam Məhərrəm ayının başlamsı münasibəti ilə etdiyi çıxışında Amerikanın Xerosima və Naqasakidə insanlığa qarşı cinayət törədən ölkə olduğunu bildirib.

Hizbullah baş katibi Seyyid Həsən Nəsrullah 4 noyabr tarixində İslam Rəhbəri Ayətulla əl üzma Seyyid Əli Xameneinin çıxışına işarə edərək Amerikanın təkcə İrandakı səfirliyinin casusluq yuvası olmadığını, dünyanın dörd bir tərəfindən olan ABŞ səfirliklərinin də casusluq mərkəzləri olduğunu bildirib.

Nəsrullah Amerikalıların başda Fransa prezidenti, Almaniya baş naziri və İngiltərə baş naziri olmaqla bir çox dünya liderlərinin əleyhinə casusluq etdiyini açıqlayıb.

Hizbullah baş katibi həmçinin Amerika pilotsuz təyyarələrinin hər il dünyanın müxtəlif bölgələrində sivil insanları qətlə yetirdiyini, ancaq heç bir kəsin çıxaraq Amerikanın insanlıq və müharibə cinayəti işlətdiyini demədiyini bildirib.

Nəsrullah həmçinin Amerikanın işlətdiyi cinayətlərin heç kimsənin bunları xristianlıq adına yazmayacağını və edilən cinayətlərdən kimsənin dini məsul bilməyəcəyini də deyib.


Story Code: 318382

News Link :
https://www.islamtimes.org/az/news/318382/amerikanın-vəhşiliyi-bütün-dünyaya-məlumdur

Islam Times
  https://www.islamtimes.org