0
Thursday 7 November 2013 - 00:26

Knesset Əl Əqsa məscidinin ikiyə bölünməsi haqqında qanunu müzakirəyə çıxarıb

Story Code : 318386
Knesset Əl Əqsa məscidinin ikiyə bölünməsi haqqında qanunu müzakirəyə çıxarıb
Knesset Əl Əqsa məscidinin ikiyə bölünməsi haqqında qanunu müzakirəyə çıxarıb
Qanun İsrailin dini işlər naziri müavini Ravvin Eli Ben Dahan tərəfindən Knessetə təqdim edilib. Ben Dahan bazar ertəsi günü deyib ki, artıq müqəddəs əl Əqsa məscidində yəhudilərin də sərbəst və ayrıca şəkildə ibadət etməsi üçün yer ayrılmalıdır.

Knessetin ərəb üzvləri qanuna qarşı müxalif olduqlarını bildirmiş və bu qanunun müqəddəs məscidə qarşı təxribat olduğunu bildiriblər.

Knesset üzvü Camal Zehlaq deyib ki, ravvinin açıqlamasından məqsəd tarixi saxtalaşdırmaqdır və bu da üçüncü oyanışa və etiraza səbəb olacaq.

Sülh və Bərabərlik Naminə Demokratik Cəbhəsinin rəhbəri Muhəmməd Barakah isə öz növbəsində deyib ki, müqəddəs məscidə qarşı təxribat planları var və fələstinlilər gərək müqəddəs məscidin müdafiəsinə qalxalar.

O həmçinin israilli ravvinə müraciət edərək deyib: “Sən bu səfərki iclası çirkə çevirməklə çox böyük uğur əldə etdin.”

Digər tərəfdən isə Dəyişiklik Naminə Ərəb Hərəkatının rəhbəri Əhməd ztibi deyib ki, ikinci oyanış əl Əqsa məqsidinə olan hücum səbəbindən baş vermişdir və bu qanun da növbəti üsyana gətirib çıxara bilər.

Qüds şəhərinin müftisi Şeyx Muhəmməd Huseyn qanuna qarşı xəbərdarlıq etmiş və demişdir: “İsraillilər müsəlmanları Əl Əqsa məscidindən qovmaq və öz məbədlərini tikmək istəyirlər.”

Müfti əlavə edərək deyib: “Bunlar müsəlmanların müqəddəs ərazilərdir. Yəhudilərin burada ibadət etmək haqqları yoxdur.”
Source : Islamtimes
Comment