QR CodeQR Code

Səudiyyə Ərəbistanı İranı Suriyaya hərbi müdaxilədə ittiham edib

Islamtimes , 7 Nov 2013 00:56

İslamtimes - Səudiyyə Ərəbistanın xarici işlər naziri Səud əl Feysəl İran İslam Respublikasını Suriyaya hərbi müdaxilədə ittiham edib.


Feysəl bazar ertəsi günü ABŞ dövlət katibi Con Kerri ilə birgə təşkil etdiyi mətbuat konfransı zamanı deyib ki, İran Suriyaya ordu yeridib və Ərəb ölkəsi işğal altındadır.

Səudiyyə xarici işlər naziri bu açıqlamanı Səudiyyə Ərəbistanın Suriya hökumətinə qarşı döyüşən xaricdən dəstək alan silahlı qüvvələri silah-sursat ilə təmin edən əsas dövlət olduğu halda edib.

Fransanın gündəlik dərc edilən “Le Figaro” qəzetinin verdiyi məlumata əsasən Suriyada üsyançılar tərəfindən istifadə edilən silah-sursat Səudiyyə Ərəbistanı tərəfindən qara bazarda Ukrayna və Bolqarıstandan alınıb.

İsrail raketlərinin də daxil olduğu silah-sursat daha sonra bir neçə konteyner vasitəsilə Suriyanın paytaxtı Dəməşq və ətraf ərazilərdə mövcud olan terror qruplarına göndərilir.

Bu qruplar əmrləri bir başa Səudiyyə Ərəbistanın kəşfiyyat rəhbəri Bəndər bin Sultanın idarəçilyi altında olan İordaniyadakı mərkəzlərdən alırlar. Daha əvvəllər isə bu mərkəzlərə rəhbərliyi bir başa Mərkəzi Kəşfiyyat İdarəsi aparırdı.

30 Oktyabr tarixində Səudiyyə Ərəbistanı kəşfiyyat rəhbəri Bəndər bin Sultan deyib ki, ABŞ Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən devirmək üçün konkret addım atmağa nail olmadı və silahlı qruplara da Bəşər Əsədi hakimiyyətdən devirmək üçün yardım göstərmədi.

Bütün bunlara baxdıqda İslam Respublikası isə Suriya münaqişəsinin başladığı andan etibarən münaqişəyə siyasi həll yolun tapılamsını vurğulayıb.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. BMT deyib ki, münaqişə nəticəsində 100 mindən çox insan həlak olub və milyonlara insan isə ölkədən didərgin düşüb.


Story Code: 318396

News Link :
https://www.islamtimes.org/az/news/318396/səudiyyə-ərəbistanı-iranı-suriyaya-hərbi-müdaxilədə-ittiham-edib

Islam Times
  https://www.islamtimes.org