0
Friday 8 November 2013 - 11:12

ABŞ İrana qarşı sanksiyaları yumşaltmaq istəyir

Story Code : 318827
ABŞ İrana qarşı sanksiyaları yumşaltmaq istəyir
FaktXəbər-in verdiyi məlumata görə, ABŞ İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyaları yumşaltmaq istəyir. Rəsmi Vaşinqton bunun üçün İslam Respublikasına öz şərtini də irəli sürüb. Amerika rəhbərliyi ilkin olaraq rəsmi Tehrandan nüvə fəaliyyətindəki uğurlarını "Altılıq" ölkələri ilə paylaşmağı istəyib.
 
Qeyd edək ki, İranda Həsən Ruhaninin prezident seçilməsindən sonra Qərblə əlaqələrin qismən normallaşması, rəsmi Vaşintonla İslam Respublikasını nisbi yaxınlaşdırıb. İranın yeni hakimiyyəti sivil yollardan istifadə edərək Amerika rəhbərliyini inandırmağa çalışır ki, ölkənin nüvə sahəsindəki fəaliyyəti məhz dinc məqsədlər daşıyır.  Xatırladaq ki, rəsmi Tehran bu günədək bir çox sahələrdə daha da şəffaflıq əməliyyatları apararaq rəsmi Vaşinqtonun bəhanələrini kəsmək niyyətindədir.
Comment