0
Thursday 7 November 2013 - 14:07

Maliki: İmam Hüseyn (əs) qatilləri Əhli-Beyt aşiqlərini öldürməyə davam edirlər

Story Code : 318890
Maliki: İmam Hüseyn (əs) qatilləri Əhli-Beyt aşiqlərini öldürməyə davam edirlər
Maliki: İmam Hüseyn (əs) qatilləri Əhli-Beyt aşiqlərini öldürməyə davam edirlər
İraq baş naziri Maliki dünən televiziya vasitəsi ilə İraq xalqına səslənərək Məhərrəm ayındakı ziyarətçilərin təhlükəsizliyini qorumaq məqsədi ilə ciddi tədbirlərin görüldüyünü və bununla da xalqın rahat şəkildə mərasimlərə qatıla biləcəyi haqqında danışıb.

Maliki deyib: “İmam Hüseynin (əs) qatilləri hələ də Əhli-Beyt aşiqlərini qətlə yetirməyə davam edirlər. İraq xalqı bir vücud olaraq bu cinayətkarların təxribatlarına qarşı müqavimət göstərməlidirlər.”

Bağdad hökuməti İmam Hüsyenin (əs) matəm mərasiminə qatılanların təhlükəsizliyinin qorunması üçün çərəşənbə günündən etibarən xüsusi əməliyyatlar həyata keçirməyə başlayıb.

Bu arada İraq təhlükəsizlik rəsmiləri də ölkənin cənubunda yerləşən Nəcəf şəhərində 30 min insanı Məhərrəm ayında bu ilin təhlükəsizliyini təmin etməklə vəzifələndirib.

İraq təhlükəsizlik qüvvələri bundan başqa mərasimə qatılacaq insanların təhülkəsizliyini qorumaq üçün Babil və Bəsrə vilayətlərinə gedən əsas yolları bağlayıblar.
Source : Islamtimes
Comment