0
Friday 8 November 2013 - 01:14

Sabiq CİA rəsmisi: İrana qarşı daha çox qadağa yaxşı fikir deyil

Story Code : 319107
Sabiq CİA rəsmisi: İrana qarşı daha çox qadağa yaxşı fikir deyil
Sabiq CİA rəsmisi: İrana qarşı daha çox qadağa yaxşı fikir deyil
CNN telekanalına müsahibə verən sabiq CİA rəsmisi Paul Pillar deyib: “Əlavə sanksiyaların tətbiq edilməsi heç də yaxşı fikir deyil.”

O bəzi qərb rəsmilərinin İranın nüvə enerji proqramının qarşısını almaq üçün daha çox sanksiyaların artırılması fikrinin tam əleyhinə olduğunu bildirib.

Pillar vurğulayaraq bildirib ki, dünya dövlətləri İrana güzəştə gedəcəyi təqdirdə sanskiyaları aradan qaldırmaq haqqında zəmanət verməlidir.

O qeyd edərək bildirib ki, daha çox sanksiyaların tətbiq edilməsi açıq-aşkar şəkildə göstərir ki, ABŞ həqiqi məqsədi İslam Respublikasının nüvə enerji proqramını həll etmək deyil, əksinə İranda rejim dəyişikliyidir.

Yaxın bir neçə həftə ərzində Ağ Ev çalışır ki, Senatın yeni sanksiyalar tətbiq etməsi planını təxirə salsın.

31 Oktyabr tarixində vitse prezident Coe Bayden və ABŞ dövlət katibi Con Kerri də daxil olmaqla Ağ Ev rəsmiləri senatorları İrana qarşı yeni sanksiyalar planını həyata keçirməyi təxirə salmalarını tələb ediblər.

İran və dünyanın altı dövləti – ABŞ, Çin, Rusiya, Fransa və Britaniya üstəgəl Almaniya 7-8 noyabr tarixlərində Cenevrədə danışıqların növbəti mərəhələsini keçirməyi planlaşdırıblar.

Hər iki tərəf 15-16 oktyabr tarixində İsveçdə bağlı qapılar arxasında iki günlük müzakirələr aparıblar.
Source : Islamtimes
Comment