0
Saturday 9 November 2013 - 16:33

Suriyada terroristlərin 4 sərkərdəsi məhv edildi

Story Code : 319320
Suriyada terroristlərin 4 sərkərdəsi məhv edildi
“IslamTimes” “FarsNews”a istinadən xəbər verir ki, Buneş məntəqəsindəki Ət-Tövhid terror qolunun Əbu Mütəsim ləqəbli sərkərdəsi olan Məhəmməd Bəxuri Suriya ordusu tərəfindən qətlə yetirilib. Verilən məlumatlara əsasən terroristlərlə Suriya ordusu arasında yaşanan qarşıdurmada terroristlərin daha iki sərkərdəsi Əbdül Basit Həmuş İbn Mustafa və Seyfuddin Əl-Ğədur ibn Cəmil də həlak olub.
 
“Fars” xəbər agentliyinin Dəməşqdə olan müxbiri bildirib ki, Ənsarul-İslam batalyonunun sərkərdəsi olan Qutəybə Əbduz-Zeyn də Əl-Fuhə şəhərciyi yaxınlığında Suriya ordusu tərəfindən zərərsizləşdirilib.
Comment