QR CodeQR Code

İsrail sanksiyaların ləğv edilə biləcəyindən narahatdır

9 Nov 2013 16:58

IslamTimes - Yair Lapid: "İrana qarşı sanksiyaların hətta bir hissəsinin aradan qaldırılması səbəb olacaq ki, dünyadakı böyük şirkətlər İran bazarına axışsın."


“IslamTimes” xəbər verir ki, işğalçı İsrail rejiminin maliyyə naziri Yair Lapid şənbə günü Qərb dövlətlərindən İrana qarşı sanksiyaların davam etdirilməsini istəyib. O iddia edib ki, bu gün İranın ciddi müzakirələrə başlamasına səbəb olan amil bu ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardır.
 
O həmçinin təkidlə bildirib ki, İrana qarşı sanksiyaların hətta bir hissəsinin aradan qaldırılması səbəb olacaq ki, dünyadakı böyük şirkətlər İran bazarına axışsın. Bu isə o deməkdir ki, artıq İrana qarşı sanksiyaları geri qaytarmaq mümkün olmayacaq.
 
Xatırladaq ki, İran və 5+1 ölkələri cümə axşamından başlayaraq yeni dövr nüvə müzakirələrinə başlayıblar. Danışıqlar bu günə qədər misli görünməmiş tempdə davam edir. Elə bu üzdən də İsrail rejimi mütəmadi olaraq İrana qarşı sanksiyaların yüngülləşdirilməsi ilə xəbərdarlıq edir.
 
İsrailin baş naziri Benyamin Netanyahu ötən gün ABŞ xarici işlər naziri Con Kerri ilə görüşdən öncə və sonra bəyanat yayaraq bildirdi ki, İranla əldə edilə biləcək razılaşmaya görə narahatdır. Sionist rejimin baş naziri həmçinin əlavə edib ki, İrana qarşı sanksiyaların bir hissəsinin aradan qaldırılması ilə nəticələnəcək razılaşma tarixi bir səhv olacaq.


Story Code: 319328

News Link :
https://www.islamtimes.org/az/news/319328/israil-sanksiyaların-ləğv-edilə-biləcəyindən-narahatdır

Islam Times
  https://www.islamtimes.org