QR CodeQR Code

Suriya müxalifəti terroristlərə dəstək verdiyi üçün İsrailə təşəkkür edib

Islamtimes , 9 Nov 2013 17:28

İslamtimes - Suriyadan xaricdə yaşayan və “İstanbul Məclisi” kimi tanınan suriyalı müxaliflərdən ibarət br qrup Suriyada terrorist qruplarına davamlı şəkildə verdiyi dəstəyə görə İsrailə təşəkkür və minnətdarlıq bildirib.


İsrail radiyosu Şas partiyasından Knesset üzvü olan Yakup Marginin Suriyanın xaricdəki müxalifəti ilə İsrail arasında daimi əlaqələr çərçivəsində Türkiyədəki “İstanbul Məclisindən” olan bir heyət ilə görüşməsində heyət üzvlərinin İsrailə müxaliflərə yardım və dəstəyi səbəbindən minnətdarlıqlarını bildirdiyini və yaralı terroristlərin İsrail xəstəxanalarında müalicə olunmasının davam etdiriliməsini tələb etdiklərini bildirib.

Radiyonun verdiyi məlumata əsasən Margi heyətlə görüşməsində heyətin Qərb dövlətlərinin təqdim etdikləri dəstəkdən ümidsiz olduqlarını deyib.

Margi işğalçı rejimin Suriyada yaralanan yüzlərlə terroristi öz xəstəxanalarında və yaxud da maddi dəstək ilə müalicə etdiyini və etməyə də davam edəcəyini vurğulayıb.


Story Code: 319340

News Link :
https://www.islamtimes.org/az/news/319340/suriya-müxalifəti-terroristlərə-dəstək-verdiyi-üçün-israilə-təşəkkür-edib

Islam Times
  https://www.islamtimes.org