QR CodeQR Code

Türkiyə AB-İran müzakirələrini bərpa etməyə çalışır

23 Jul 2010 01:04

İslamTimes - Türkiyə Avropa Birliyi ilə İran arasında müzakirə platforması yaratmaq üçün səy göstərir.


Trt.net.tr saytının verdiyi məlumata görə, Kabil konfransında iştirak edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarı Mənuçöhr Möttəki və Avropa Birliyinin xarici siyasət komissarı Ketrin Aşton arasında məkik diplomatiyası aparıb.
Əhməd Davudoğlu Mənuçöhr Möttəki ilə görüşdə nüvə probleminin müzakirəsi üçün diplomatik kanalların açıq tutulmasının vacibliyini vurğulayıb. Daha sonra Aştonla bir araya gələn xarici işlər naziri Avropa Birliyindən də uran mübadiləsinə dəstək istəyib.
NATO-nun baş katibi Anders Foq Rasmussenlə də bir araya gələn Əhməd Davudoğlu ona türkiyəli diplomat Hüseyn Diriözün alyansın baş katib müavini seçilməsinə görə təşəkkür edib.
Toplantı bitdikdən sonra Türkiyənin xarici işlər naziri Əfqanıstandakı Türk Vilayət Bərpa qrupunun açılış mərasimində iştirak etmək üçün Məzari-Şərifə, oradansa Şibirgana keçib.


Story Code: 31935

News Link :
https://www.islamtimes.org/az/news/31935/türkiyə-ab-iran-müzakirələrini-bərpa-etməyə-çalışır

Islam Times
  https://www.islamtimes.org