QR CodeQR Code

“Vaşinqton, Riyaz və Əmman Suriyada üsyançıları silahlandırır”

9 Nov 2013 20:06

IslamTimes - Bu xəbərin əksinə olaraq ABŞ Suriyadakı üsyançıları silahlandırmadığını iddia edirdi.


Fransanın “Le Figaro” qəzetinin müxbiri Corc Malbrunt CIA-nın Suriyadakı üsyançılara göndərdiyi böyük bir silah yükü haqda xəbər verib.
 
Malbrunt deyib: “Amerikalılar Suriyaya silah göndərilməsində böyük rol ifa edirlər. Bu məsələ ABŞ-ın həmkarlığı olmadan həyata keçə bilmir. CIA agentləri Azad Suriya Ordusu üzvləri və İordaniya məxfi orqanları ilə birlikdə silah yüklərinin məsuliyyətini daşıyır. Səudiyyə rejimi də səhnə arxasında çıxış edir və silah yüklərinin Avropanın şərqindən İordaniyaya ötürülməsində böyük rola malikdir. Bu rejim həmçinin maliyyə yardımları ilə də Suriyadakı üsyançıları dəstəkləyir.”
 
ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CIA), Səudiyyə Ərəbistanı və İordaniya təkcə 2013-cü ildə Suriyadakı terroristlərə 600 ton silah göndəriblər. ABŞ pilotsuzları bu silah yüklərini müşayiət edir.
 
Xatırladaq ki, bu xəbərin əksinə olaraq ABŞ Suriyadakı üsyançıları silahlandırmadığını iddia edirdi. 


Story Code: 319391

News Link :
https://www.islamtimes.org/az/news/319391/vaşinqton-riyaz-və-əmman-suriyada-üsyançıları-silahlandırır

Islam Times
  https://www.islamtimes.org