0
Saturday 9 November 2013 - 21:01

Gəncədə təhlükəli vəziyyət

Story Code : 319405
Gəncədə təhlükəli vəziyyət
Gəncədə təhlükəli vəziyyət
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin dindarlara qarşı aqressiv münasibətinin daha bir təzahürü meydana çıxıb. Sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər veririk ki, ötən gün şəhərdə dindarlara qarşı reydlər keçirilib.

Orta məktəblərdən start götürən reydlərdə hicablı şagirdlərə sonuncu xəbərdarlıq edildiyi, Aşura Günü isə şəhərdə hər hansı bir yürüşün təşkil olunmasına qadağa qoyulduğu deyilir. Bundan başqa, icra başçısının göstərişinə əsasən Aşura Günündə orta məktəblərdə olimpiadaların keçirilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, dindarların aktiv olduğu Gəncədə bu cür halların davamlı yaşanması onların qəzəblənməsinə gətirib çıxara bilər. Buna hələ bir müddət əvvəl şəhərdəki dindarların bir neçə dəfə aksiya keçirmələrini misal göstərmək olar.(Bolgexeber)
Comment