QR CodeQR Code

Davudoğlu Klintonla baş-başa gəldi

23 Jul 2010 07:05

İslamTimes - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iyulun 14-də Vaşinqtona səfəri zamanı ABŞ dövlət katibi Hillari Klintona qışqırıb.


Lent.az-ın verdiyi məlumata görə, bu barədə “Radikal” qəzeti “Financial Times” qəzetinə istinadən məlumat yayıb.
Əhməd Davudoğlu İsrail ordusunun Qəzza sektoruna humanitar yardım aparan Azadlıq karvanı və bu karvanda yer alan “Mavi Marmara” gəmisinə hücumla bağlı ABŞ dövlət katibi ilə görüşüb. Danışıqlarda əsas məqsəd hələ də İsraildə saxlanılan “Mavi Marmara” gəmisinin Türkiyəyə qaytarılması ilə bağlı olub.
Danışıqlar zamanı əsəbiləşən Əhməd Davudoğlu bir neçə dəfə əlini stola vurub və Hillari Klintona qışqırıb. Türkiyənin xarici işlər naziri məsələ ilə bağlı “Financial Times”ə şərh verməkdən imtina edib. Yalnız onu deyib ki, heç bir ölkə qanundan yüksək deyil.


Story Code: 31943

News Link :
https://www.islamtimes.org/az/news/31943/davudoğlu-klintonla-baş-başa-gəldi

Islam Times
  https://www.islamtimes.org