0
Saturday 9 November 2013 - 15:50

Netanyahu İran nüvə danışıqları səbəbindən həddən artıq qəzəblidir

Story Code : 319577
Netanyahu İran nüvə danışıqları səbəbindən həddən artıq qəzəblidir
Netanyahu İran nüvə danışıqları səbəbindən həddən artıq qəzəblidir
Bu danışıqlar nəinki İsrailin gələcəkdə İrana qarşı müharibə təhdidlərinin qarşısını alsın, həmçinin ABŞ tərəfindən təklif edilmiş İsrail və Fələstin sülh danışıqları mövzusunda İsrail Fələstin xeyrinə güzəştə getməsinə gətirib çıxara bilər.

Bu qəzəb səbəbindən Netanyahu cümə günü mediaya sızmış İranın razılığı haqqında məlumatları tənqid etmiş və bir başa Vaşinqton davam edən danışıqlar səbəbindən etirazını bildirmişdir.

Netanyahu ABŞ dövlət katibi Con Kerri ilə 48 saatlıq danışıqların üçüncü mərhələsi ərəfəsində deyib: “Bu çox pis razılaşmadır və İsrail bunu rədd edir.”

Ancaq Kerri cümə günü İsrail lideri ilə birgə ictimaiyyət qarşısına çıxmayıb və o sakitcə İran ilə Rusiya, Çin və Avropa Birliyinin də daxil olduğu altılıq dövlət ilə danışıqlarada iştirak etmək üçün Cenevrəyə gedib.

Əvvəlki təhdidlərinə baxmayaraq Netanyhau bu səfər İrana qarşı hərbi müdaxiləni təmamilə qeyri mümkün olduğunu bildirib. Və əgər İran öz geniş nüvə enerji proqramında çox cüzi şəkildə güzştə getməklə iqtisadi təziqlərin yumuşaldılmasına nail olarsa bu zaman İsrail regionda daha çıxılmaz və çətin bir vəziyyətə düşəcək.

İsrailin sabqi milli təhlükəsizlik müşaviri Giora Eiland deyib: “Mən başa düşə bilmirəm ki, Netanyahu niyə qəzəblidir.”

O Röytersə müsahibəsində deyib: “Birtərəfli hərbi müdaxilənin halhazırda heç bir şansı yoxdur. O səbəbə yox ki, biz bunu edə bilmərik, əksinə bunu etməklə biz bütün dünya ictimaiyyətinin əksinə getmiş olarıq.”
Source : İslamtimes
Comment