QR CodeQR Code

ABŞ-da silahlı olay: 2 nəfər ölüb, 22 yaralı var

10 Nov 2013 18:33

IslamTimes - ABŞ-ın Hyüston şəhərində ev şənliyində silahlı insident nəticəsində iki nəfər ölüb, 20-dən çox yaralı var.


ABŞ-ın Hyüston şəhərində ev şənliyində silahlı insident nəticəsində iki nəfər ölüb, 20-dən çox yaralı var. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Silahlı insident şənbə günü baş verib. Yaşayış evində təşkil olunmuş ad günü şənliyinə əksəriyyəti gənc olan 100-dən çox qonaq yığışıb. Polisin məlumatına görə, evə iki nəfər silahlı basqın edib. Hazırda həmin şəxslər axtarılır.


Story Code: 319620

News Link :
https://www.islamtimes.org/az/news/319620/abş-da-silahlı-olay-2-nəfər-ölüb-22-yaralı-var

Islam Times
  https://www.islamtimes.org