QR CodeQR Code

Suriyalı terroristlərə silah daşıyan gəmi saxlanıldı

10 Nov 2013 20:33

IslamTimes - Avropadan olan mənbələr Suriyaya aparılan silah yükünün saxlanıldığı haqda xəbər yayıb.


"IslamTimes" "Fars" xəbər agentliyinə istinadən bildirir ki, Avropadan olan mənbələr Suriyaya aparılan silah yükünün saxlanıldığı haqda xəbər yayıb. Xəbərdə bildirilir ki‚ Kipir və Yunanıstanın Dəniz Qüvvələri beynəlxalq sularda Suriyaya silah və insan daşıyan gəmini aşkarlayıb.

Misir və Liviyadakı təhlükəsizlik orqanları bu gəmi haqqında öncədən xəbər vermişdilər. Uyğun gəmi son iki ayda hər an izlənilib. Gəminin daşıdığı silah yükünün Tartusun Həmidiyyə məntəqəsində boşaldılması nəzərdə tutulurmuş. Gəmiyə baxış keçirildikdən sonra məlum olub ki, müxtəlif növ silahlarla yanaşı 280 nəfər liviyalı və misirli də olub.


Story Code: 319637

News Link :
https://www.islamtimes.org/az/news/319637/suriyalı-terroristlərə-silah-daşıyan-gəmi-saxlanıldı

Islam Times
  https://www.islamtimes.org