QR CodeQR Code

MAQATE rəhbəri sabah Tehrana gəlir

11 Nov 2013 01:25

IslamTimes - Beynəlxalq Atom Enerji Təşkilatının rəhbəri Yukio Amano 11 noyabrda Tehrana səfər edəcək.


"IslamTimes" xəbər verir ki‚ Beynəlxalq Atom Enerji Təşkilatının rəhbəri Yukio Amano 11 noyabrda Tehrana səfər edəcək. Amanonun İslam Respublikasına səfəri nüvə müzakirələri çərçivəsində gerçəkləşəcək. Bu dəfə Tehranda baş tutacaq nüvə müzakirələri İranla MAQATE arasında keçirilən 13-cü nüvə müzakirəsidir. Danışıqların ötən mərhələsi Vyanadakı MAQATE qərərgahında keçirilib.
 
İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi son danışıqlar zamanı Vyanaya səfər edib, Yukio Amano ilə görüşmüşdü. Bu görüşdən sonra tərəflər müştərək bəyanat da yaymışdı.


Story Code: 319683

News Link :
https://www.islamtimes.org/az/news/319683/maqate-rəhbəri-sabah-tehrana-gəlir

Islam Times
  https://www.islamtimes.org