QR CodeQR Code

Liviya hökuməti qanunsuz silahları müsadirə edəcək

11 Nov 2013 09:22

IslamTimes - Liviyada hökumət qüvvələri qanunsuz silah saxlayanların silahlarını müsadirə etmək məqsədilə irimiqyaslı əməliyyatlar keçirməyi planlaşdırır.


Hökumət rəsmilərinin verdiyi məlumata görə, buna səbəb sabiq Müəmmər Qəddafi rejimi devrildikdən sonra ölkədə üsyançıların çoxsaylı silahlı zorakılıqlar törətməsidir. Bir neçə gün öncə Benqazi şəhərində təhlükəsizlik qüvvələrinə qarşı edilən silahlı hücum nəticəsində 2 polis əməkdaşının öldürülməsi hökumətin məsələyə daha da ciddi yanaşmasına səbəb olub. Ölkənin baş naziri Əli Zeydan silahlı zorakılıqlarla bağlı açıqlamasında silahların məhv edlməsində xarici təcrübələrdən də istifadə edəcəklərini bildirib.
 
"İki qrup arasında olan sonuncu qarşıdurmalar göstərir ki, hərbiçi və polisdən başqa kiminsə əlində silah olması olduqca təhlükəlidir. Hökumət bütün silahları hətta satın almağa və məhv etməyə hazırdır. Biz üsyançı liviyalıları tərksilah edəcəyik".
 
Üsyançıların tərksilah olmasında Amerika Birləşmiş Ştatlarının Liviya rəhbərliyinə texniki dəstək göstərəcəyi bildirilir. /anspress/


Story Code: 319735

News Link :
https://www.islamtimes.org/az/news/319735/liviya-hökuməti-qanunsuz-silahları-müsadirə-edəcək

Islam Times
  https://www.islamtimes.org