QR CodeQR Code

Loran Fabius: "İranla razılaşma əldə etmək əlçatmaz deyil"

11 Nov 2013 12:12

IslamTimes - Fransa xarici işlər naziri Loran Fabius bildirib ki, rəsmi Tehranla razılaşma əldə etmək əlçatmaz deyil.


“IslamTimes” “Reuters”ə istinadən xəbər verir ki, Fransa xarici işlər naziri Loran Fabius İranın nüvə proqramının gələcəyi ilə bağlı açıqlamasında bildirib ki, rəsmi Tehranla razılaşma əldə etmək əlçatmaz deyil.
 
Fabius bu sözləri elə bir zamanda söyləyib ki, bir neçə gün öncəki İran 5+1 danışıqlarında Fransa digər ölkələrdən fərqli mövqe sərgiləmişdi. Qərb KİV bildirmişdi ki, hətta ABŞ belə İranla razılıq əldə etmək fikrində olduğu bir vaxt Fransa bir sıra maneələr yaradaraq bu razılaşmanın gecikməsinə səbəb olub.
 
Xatırladaq ki, Con Kerri son çıxışında bildirib ki, növbəti nüvə müzakirələrində İranla “altılıq” arasında razılaşmanın əldə ediləcəyinə əmindir.”


Story Code: 319785

News Link :
https://www.islamtimes.org/az/news/319785/loran-fabius-iranla-razılaşma-əldə-etmək-əlçatmaz-deyil

Islam Times
  https://www.islamtimes.org