QR CodeQR Code

Ərdoğan Kərbəladan danışdı

12 Nov 2013 11:07

IslamTimes - Türkiyə baş naziri deyib: "Mən inanıram ki, Həzrət Hüseyn, mübarək qanı Kərbəlanın atəşli torpağında axıdıldığında deyil, müsəlmanlar arasında təfriqə yarandığında əzab çəkmişdir.


"Kərbəla bizim və özünə müsəlman deyən hər kəs üçün tariximizdəki ən acı səhifə, eyni zamanda ibrət dərsidir."
 
Anadolu agentliyinin xəbərinə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Kərbəlada baş verən qətliyamın hər kəsin yaddaşında acı xatirə kimi həkk olunduğunu vurğulayan Ərdoğan deyib: "Kərbəlada susuzluğa məhkum edilən Həzrəti Hüseyn və Əhli-beyt dəhşətli şəkildə qətlə yetiriliblər. Onları rəhmətlə, minnətlə, hörmətlə yad edirik. Allahın salamı, rəhməti və bərəkəti onların üzərinə olsun! Peyğəmbərin (s.ə.s) öpüb iyləməyə doya bilmədiyi, bizlərə bir nümunə, qütb ulduzu kimi əmanət etdiyi Həzrəti Həsən və Həzrəti Hüseyn şəhid oldular. Təsəllimiz onların ən yüksək - şəhidlik mərtəbəsinə ucalmalarıdır.”

Ərdoğan həmçinin bildirib ki, yeni doğulacaq nəvəsinin adını Əli qoyacaq. /SalamNews/


Story Code: 320126

News Link :
https://www.islamtimes.org/az/news/320126/ərdoğan-kərbəladan-danışdı

Islam Times
  https://www.islamtimes.org