0
Tuesday 12 November 2013 - 11:43

Suriya üzrə "Cenevrə-2" konfransı ilin sonuna kimi baş tutmalıdır

Story Code : 320128
Suriya üzrə "Cenevrə-2" konfransı ilin sonuna kimi baş tutmalıdır
Trend-in RİA Novosti-yə isitinadən verdiyi məlumata görə, bu barədə BMT-nin baş katibi Pan Gi Mun bildirib.
 
Baş katib bildirib: "Biz bu konfransın bu ilin sonuna kimi çağırılması üzərində işləməyə davam edirik".
 
Onun sözlərinə görə, Suriya xalqına qarşı zorakılığın dayandırılması üçün "hərtərəfli və suriyalıların özləri tərəfindən idarə edilən siyasi proses lazımdır."
 
Bundan öncə "Cenevrə-2" konfransının noyabrın ortalarında keçirilməsi planlaşdırılmışdı. Konfransda Suriya hakimiyyətinin və silahlı müxalifətin nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.
Comment