QR CodeQR Code

Yəmənin Sədə əyalətində şiələri mühasirəyə alıblar

12 Nov 2013 14:45

IslamTimes - Yəmən “Husi” cərəyanına bağlı saytlar bəyanat yayımlayaraq bildiriblər:


Yəmən “Husi” cərəyanına bağlı saytlar bəyanat yayımlayaraq bildiriblər: “Sədə əyalətində Şiə vətəndaşları üçün yaranmış problemləri nəzərə alaraq, bildiririk ki, ölkə başçıları bu problemin çözümü haqda nəinki heç bir müsbət addım irəli atmayıblar, üstəlik ölkənin şimal əyalətinə qarşı məkirli planların həyata keçməsi üçün hökümətin hərbi bazalarını “təkfirçi” ünsürlərin ixtiyarına keçirirlər”.
 
Məlumata əsasən, Husilər Sədə əyaləti sakinlərinə köməklik etmək məqsədi ilə bir sıra işlər görüblər. Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinə Sədə əyalətinin cənub şərqində yerləşən Dəmmac şəhərinə dərman pereparatları daxil etməyə icazə veriblər.
 
Husilər həmçinin Qırmızı Xaç Komitəsinə icazə veriblər ki, Dəmmac şəhərində yaralamış təkfirçiləri müalicə etmək məqsədi ilə şəhərdən çölə çıxartsınlar. Bu günə kimi xaç komitəsi iki dəfə Dəmmac şəhərinə daxil olaraq yaralanmış təkfiçilərin ümumilikdə 70 nəfərini müalicə məqsədi ilə çölə çıxara biliblər.  /azadxeber/


Story Code: 320249

News Link :
https://www.islamtimes.org/az/news/320249/yəmənin-sədə-əyalətində-şiələri-mühasirəyə-alıblar

Islam Times
  https://www.islamtimes.org