0
Tuesday 12 November 2013 - 14:45

Yəmənin Sədə əyalətində şiələri mühasirəyə alıblar

Story Code : 320249
Yəmənin Sədə əyalətində şiələri mühasirəyə alıblar
Yəmən “Husi” cərəyanına bağlı saytlar bəyanat yayımlayaraq bildiriblər: “Sədə əyalətində Şiə vətəndaşları üçün yaranmış problemləri nəzərə alaraq, bildiririk ki, ölkə başçıları bu problemin çözümü haqda nəinki heç bir müsbət addım irəli atmayıblar, üstəlik ölkənin şimal əyalətinə qarşı məkirli planların həyata keçməsi üçün hökümətin hərbi bazalarını “təkfirçi” ünsürlərin ixtiyarına keçirirlər”.
 
Məlumata əsasən, Husilər Sədə əyaləti sakinlərinə köməklik etmək məqsədi ilə bir sıra işlər görüblər. Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinə Sədə əyalətinin cənub şərqində yerləşən Dəmmac şəhərinə dərman pereparatları daxil etməyə icazə veriblər.
 
Husilər həmçinin Qırmızı Xaç Komitəsinə icazə veriblər ki, Dəmmac şəhərində yaralamış təkfirçiləri müalicə etmək məqsədi ilə şəhərdən çölə çıxartsınlar. Bu günə kimi xaç komitəsi iki dəfə Dəmmac şəhərinə daxil olaraq yaralanmış təkfiçilərin ümumilikdə 70 nəfərini müalicə məqsədi ilə çölə çıxara biliblər.  /azadxeber/
Comment