0
Tuesday 12 November 2013 - 17:02

Dindarlar hamını Aşura Günü meydana çağırdı

Story Code : 320319
Dindarlar hamını Aşura Günü meydana çağırdı
Dindarlar hamını Aşura Günü meydana çağırdı
Məhərrəm ayı ilə əlaqədar olaraq əzadarlıq məclisləri təşkil edən dindarların ən həssas günü Aşura hesab olunur. Ümumilikdə götürdükdə, Aşura Günü bütün ölkə boyu həmişə əzadarlıq məclisləri, yürüşlərin keçirilməsi və digər cəhətləri ilə xarakterik olub. Lakin son illər hakimiyyət dairələri tərəfindən bu məsələyə qadağaların tətbiq edilməsi heç də qarşı tərəfdən birmənalı qarşılanmır.

Artıq bir neçə ildir Aşura Günü insanlar başlarını yarmasın, qan tökməsin deyə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qanvermə aksiyası keçirir. Hər il yığılan qanlar isə Səhiyyə Nazirliyinin Qann Fonduna təhvil verilir ki, ehtiyacı olanlara yardım edilsin. Amma bu kampaniyanı qəbul etməyənlər də az deyil. Məsələn, Rifah Vətəndaş Hərəkatı dünən sosial şəbəkələr vasitəsi ilə etdiyi çağırışında bəyan edib ki, həmin qanın Azərbaycandan olan xəstələrə sərf olunmasına qəti inanmırlar. «Biz tam əminik ki, Aşurada yığılan qanlar xəstələrə verilmir. İsrail doktorlarına satılır. Biz bu murdar işə ortaq ola bilmərik. Ona görə də, Aşura günü hamı meydana!»

Təşkilatın etdiyi çağırışda QMİ də sərt tənqid olunub. «QMİ yenə iş başındadır. Yaxınlaşan Aşura günündə milyonlarla insanın ölkə üzrə bir yerə cəm olub Aşura aksiyaları, əza məclisləri keçirməsindən qorxan hakimiyyət başlayıb qanvermə kimi oyuncaq aksiyalara. Əsas məqsəd dindarların başçılığıyla milyonların bir arada olmasına qarşı çıxmaqdır. Çünki hakimiyyət qorxur. Aşura zülmə etiraz günüdür. Hər məscidin ətrafına qayalardan hasar hörülsə də, Aşura yürüşləri keçiriləcək, lazimi şüarlar səsləndiriləcək».(tia)
Comment