QR CodeQR Code

General Cəfəri I

Amerikanın İrana hücum etmək cürəti yoxdur

IRIB , 24 Jul 2010 17:42

İslamtimes - İran İslam İnqilabi Keşikçi dəstələri korpusunun komandanı deyib: ABŞ-ın İrana hücum etmək cürəti yoxdur. Çünki ABŞ İran xalqının möhkəm iradəsi və ölkə ordusunun gücünə agahdır.


İRNA-nın məlumatına əsasən, general-leytenant Məhəmmədrza Cəfəri bu gün Tehranda İran İslam Respublikasının hərbi avadanlıq istehsalında müstəqilliyinə işarə edərək deyib: İslam İnqilabı Pasdarlar Korpusunun hazırlığı yüksək səviyyədədir.

General həmçinin beynəlxalq imperializmin İslam İnqilabının məqsədləri əleyhinə olduğunu vurğulayaraq, qeyd edib: İrana qarşı sanksiyalar və hədə-qorxuların heç bir təsiri yoxdur. Hətta bu təhdidlər İranın özünə güvənlik hissinin artmasına belə gətirib çıxarır.

General Cəfəri bu korpusun əsas missiyasını İslam İnqilabının məqsədlərinin qorunması olduğuna işarə edərək deyib ki, indiki şəraitdə qarşıda duran əsas məqsəd İslam İnqilabı düşmənlərinin yumşaq müharibə planını pozmaqdır.


Story Code: 32059

News Link :
https://www.islamtimes.org/az/news/32059/amerikanın-irana-hücum-etmək-cürəti-yoxdur

Islam Times
  https://www.islamtimes.org