0
Wednesday 13 November 2013 - 18:38

Daxili işlər naziri Aşura mərasimləri haqqında” hədə tonal adlı əmr imzalayıb!

Story Code : 320713
Daxili işlər naziri Aşura mərasimləri haqqında” hədə tonal adlı əmr imzalayıb!
Daxili işlər naziri Aşura mərasimləri haqqında” hədə tonal adlı əmr imzalayıb!
Azərbaycan Respublikası Daxili işlər naziri, polkovnik Ramil Usubov “Aşura dini mərasimləri zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması haqqında” hədə tonal adlı əmr imzalayıb!

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov açıqlamasında noyabrın 14-ü ölkədə keçiriləcək Aşura günü ilə bağlı tədbirlər haqqında deyib ki, Ramil Usubovun imzaladığı sənəddə 2013 cü il noyabrın 14-də keçiriləcək Aşura günü ərəfəsində, bütövlükdə dini mərasim dövründə insanların məscidlərə və digər ibadət yerlərinə kütləvi halda gəlmələri ilə əlaqədar zəruri təhlükəsizlik tədbirlərinin görülməsinin təmin edilməsi öz əksini tapıb.

DİN rəsmisi deyib ki, nazirin əmrində təhlükəsizliyin təmin edilməsi məqdəsilə həmin ərazilərdə polis naryadlarının təyin edilməsi vurğulanıb.

Ehsan Zahidovun dediyinə görə, əmrdə hədə tonlu yazılıb ki, dini zəmində baş verə biləcək hər hansı hüquqazidd halların qarşısının vaxtında alınması üçün adekvat tədbirlər həyata keçirilsin.

Ehsan Zahidovun dediyinə görə həmin gün tıxacların qarşısının alınması üçün də lazımı tədbirlər görüləcək : “Tıxacların yaranması ehtimal olunan ərazilərdə əvvəlcədən müəyyən edilməklə qabaqlayıcı tədbirlər görülməsi, avtonəqliyyatın normal fəaliyyətinə, yol-hərəkət qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi də bu sənəddə qeyd olunub”.
Comment