QR CodeQR Code

Taliblər 2 ABŞ əsgərini oğurlayıb

25 Jul 2010 06:32

İslamTimes/ MIGnews - Əfqan talibləri 24 iyulda bəyanat yayıblar ki, 2 ABŞ əsgərini oğurlayıblar.


Bu barədə Reuters məlumat verib. Bəyanatdan bir neçə saat sonra NATO təmsilçisi bu məlumatı təsdiqləyib. Əsgərləri azad etmək üçün hərbi təyyarə və vertolyotlar havaya qaldırılıb. Əsgərlər Kabildəki bazanı gecə tərk ediblər.
Taliban nümayəndəsi Reuters-in müxbirinə bildirib ki, əməliyyat zamanı başqa bir ABŞ əsgəri öldürülüb. NATO nümayəndəliyi əsgərlərin taleyi barədə informasiya verən şəxsə 20 min ABŞ dolları vəd edib.


Story Code: 32085

News Link :
https://www.islamtimes.org/az/news/32085/taliblər-2-abş-əsgərini-oğurlayıb

Islam Times
  https://www.islamtimes.org