0
Thursday 14 November 2013 - 11:05

Ordumuzun əsgəri güllə ilə özünü vurdu

Story Code : 320859
Ordumuzun əsgəri güllə ilə özünü vurdu
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Şahmərdanov Müseyib Şahin oğlu tabeliyindəki avtomat silahla özünü vurub. Nəticədə güllə yarası alan əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
 
Qeyd edək ki, M. Şahmərdanov Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.  /AzNews/
Comment