QR CodeQR Code

ABŞ 4 hərbiçisini itirdi

14 Nov 2013 16:35

IslamTimes - ABŞ-ın San Diaqo şəhərində hərbiçilərin hərbi sursat təmizlədiyi vaxt qəza nəticəsində partlayış baş verib.


Qəzada 4 dəniz piyadası həyatını itirib. Hadisənin səbəbləri və ölənlərin şəxsiyyəti ilə bağlı rəsmi açıqlama verilməyib. İlkin ehtimallara görə, partlayış hərbiçilərin sursatla yanlış davranması nəticəsində baş verib. Hadisə ilə bağlı istintaq başladıldığı bildirilir. Qeyd edək ki, 8 ay əvvəl təlim zamanı da meydana gələn partlayışda 7 ABŞ dəniz piyadası həyatını itirmişdi.


Story Code: 320932

News Link :
https://www.islamtimes.org/az/news/320932/abş-4-hərbiçisini-itirdi

Islam Times
  https://www.islamtimes.org