QR CodeQR Code

Imam Hüseyn əzadarlarına hücum - 41 ölü

15 Nov 2013 10:54

IslamTimes - İraqda Aşura günü şiələrə edilən hücumlarda ən az 41 nəfər həyatını itirib, 100 nəfər isə yaralanıb


AzNews.az xəbər verir ki, ən qanlı hücum paytaxt Bağdadın 140 kilometr şimal-şərqindəki Əl - Sadiq şəhərində baş verib. Aşura mərasimi üçün toplanan kütlənin arasına girən kamikadze üzərindəki bombaları partladıb. Hadisədə ən az 32 adam həyatını itirib, 75-si isə yaralanıb.
 
Digər hadisə isə Bağdadın cənubundakı Hafriye şəhərində baş verib. Piyada Kərbəlaya gedən şiə hacılarının yemək yediyi çadırlarda partlayan iki bomba isə ən az 9 nəfərin ölümünə səbəb olub.
 
Hələlik baş verən hadisələrin məsuliyyətini boynuna götürən olmasa da, şiə vətəndaşlar terrorların Əl-Qaidə təşkilatına yaxınlığı ilə tanınan İraqlı silahlı qruplar tərəfindən reallaşdırıldığını bildirilir.


Story Code: 321109

News Link :
https://www.islamtimes.org/az/news/321109/imam-hüseyn-əzadarlarına-hücum-41-ölü

Islam Times
  https://www.islamtimes.org