0
Friday 15 November 2013 - 12:15

Tələbələr hökuməti devirmək istəyir

Story Code : 321112
Tələbələr hökuməti devirmək istəyir
Artıq 3 həftədir ki, tələbələr Bolqarıstanın müxtəlif şəhərlərində universitet binalarını tutub və gündəlik etiraz yürüşləri keçirirlər.
Paytaxt Sofiyada isə tələbələr artıq 3-cü gündür ki, parlament binasının qarşısında çadırlarda məskunlaşıb, oturaq aksiya keçirirlər.
 
Noyabrın 14-də paytaxtda minlərlə tələbə keçirdikləri yürüşdə sosialistlərinin hökumətini devirənə qədər etirazlara davam edəcəklərini bildiriblər.
 
Etirazçılar hökuməti onların tələblərini nəzərə almamaqda, səslərini boğmağa çalışmaqda, korrupsiyada ittiham edirlər.
 
Hökumət bir neçə dəfə aksiyaları dağıtmağa cəhd eləsə də, toqquşmalardan sonra etirazçıların sayı əksinə, artır. /Deyerler/
Comment