QR CodeQR Code

«İran ABŞ-ın təklifini qəbul etsə də, son anda edilən düzəlişlər razılaşmanın əldə olunmasına əngəl törədib»

16 Nov 2013 14:28

IslamTimes - Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranla «altılıq» ölkələri arasında noyabrın 7-9-da Cenevrədə keçirilmiş nüvə müzakirələrinin nəticəsiz başa çatmasına aydınlıq gətirib.


APA-nın «Mehr» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, S.Lavrov bildirib ki, İran əvvəlcə ABŞ tərəfindən nüvə məsələsinin həlli ilə bağlı hazırlanmış təklifi qəbul edib: «Lakin son anda sənəd üzərində aparılan düzəlişlər tərəflər arasında razılığın əldə olunmasına əngəl törədib».

Lakin Rusiyanın XİN rəhbəri həmin düzəlişləri son anda təqdim edən ölkənin adını çəkməyib. Ancaq S.Lavrov tərəfləri bundan sonrakı razılaşmadan imtina etməməyə və növbəti nüvə müzakirələrində İranla anlaşma əldə olunacağına ümid etdiyini vurğulayıb.


Story Code: 321477

News Link :
https://www.islamtimes.org/az/news/321477/iran-abş-ın-təklifini-qəbul-etsə-də-son-anda-edilən-düzəlişlər-razılaşmanın-əldə-olunmasına-əngəl-törədib

Islam Times
  https://www.islamtimes.org