0
Saturday 16 November 2013 - 16:08

İsrail Fransanı İrana qarşı getməyə vadar edir

Story Code : 321511
İsrail Fransanı İrana qarşı getməyə vadar edir
İsrail Fransanı İrana qarşı getməyə vadar edir
Netanyhau Fransanın “Le Figaro” qəzetinə müsahibəsi zamanı deyib: “Biz ümid edirik ki, Fransa geri addım atmayacaq.”

O deyib: “Bizim üçün ABŞ əsas müttəfiq olaraq qalır, ən mühüm müttəfiq. Ancaq bizim Fransa ilə münasibətlərimiz də çox mühümdür.”

Netanyahu sözlərinə davam edərək deyib ki, Tel Əviv və Fransa neçə illərdir ki, eyni görüşə sahibdirlər və İsrail rejimi Fransa prezidenti Fraçois Holland ilə bu mühüm münasibətləri davam etdirir.

İsrail baş naziri deyib: “Biz onun İran məsələsində aydın və qəti mövqeyini alqışlayırıq.”

İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Çin, Rusiya, Fransa və Britaniya üstəgəl Almaniya Tehranın nüvə enerji məsələsində Cenevrədə keçirilən görüşlər zamanı razılığa gələ bilməyiblər, ancaq razılığa gəlmək yolunda mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər.

Hər iki tərəf 20 noyabr tarixində danışıqları davam etdirmək haqqında razılığa gəliblər.

Siyasi müşahidəçilər deyir ki, Qərbin İran ilə Tehran nüvə enerji proqramı məsələsində razılığa gəlməsi yolunda ən böyük maneə Fransa olub.

9 Noyabr tarixində Fransa xarici işlər naziri Laurent Fabius deyib ki, danışıqlar zamanı İsrailin də narahatçılıqları nəzərə alınmalıdır.
Source : Islamtimes
Comment