0
Saturday 16 November 2013 - 21:43

Terroristlər səkkiz şiə müsəlmanı qətlə yetirib, xeyli insanı isə yaralayıblar

Story Code : 321591
Terroristlər səkkiz şiə müsəlmanı qətlə yetirib, xeyli insanı isə yaralayıblar
Terroristlər səkkiz şiə müsəlmanı qətlə yetirib, xeyli insanı isə yaralayıblar
Bu zorakılıq şiə müsəlmanların Mühəmməd Peyğəmbərin (s) nəvəsi İmam Huseynin (ə.s) yas mərasimini qeyd etmək üçün bir araya toplaşdığı vaxt baş verdi.

Yerli təhlükəsizlik rəsmilərinin verdiyi məlumata əsasən təntənəli mərasim sünni ekstremist qrupların idarəçiliyi altında olan məscidin yaxınlığında təşkil edilib.

Hadisənin dəqiq səbəbi dərhal müəyyənləşdirilə bilməyib. Ancaq medianın verdiyi məlumatda deyilir ki, hadisə hər hansısa bir şəxsin şiə yığıncağına atəş açması ilə başladı.

Toqquşma ordu dəstələrinin əraziyə gələrək vəizyyəti idarə altına aldıqdan sonra başa çatdı.

Pakistandakı şiə müsəlmanlar deyir ki, hökumət qətlə yetirilən insanların qətlində əli olan hər bir kəsə qarşı ciddi addəm atmalıdır. Onlar həmçinin İslamabadı müsəlman cəmiyyətlərin təhlükəsizliyini qorumaqda səhlənkarlıq etdiyini bildiriblər.

Ölkənin şiə liderləri hökumətə səslənərək hadisənin araşdırılması üçün komissiyanın yaradılmasını tələb ediblər.

Şiələrin qətlə yetiriliməsi beynəlxalq səviyyədə narazılığa səbəb olub. Hüquq müdafiəçiləri və regional dövlətlər bu qanlı hadisə ilə əlaqədar olaraq öz narahatçılıqlarını ifadə ediblər.

Bu arada Pakistanda olan müsəlmanlar İmam Huseynin (ə.s) şəhadətinin il dönümünü qeyd etmək üçün bütün Pakistan boyu ərazidə matəm mərasimləri təşkil ediblər. Mərasimlər İslamabad, Lahore, Quetta və Karaçi də daxil olmaqla bir sıra şəhərlərdə qeyd edilib.
Source : Islamtimes
Comment